FHN: Bakı, Abşeron və Xaçmazda suçəkmə işləri həyata keçirilir - VİDEO
Hazırda Bakı şəhərinin Xəzər, Nizami, Sabunçu, və Səbail rayonlarında, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri davam etdirilir.
Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən görülür.
16:42 11.04.2026
Oxunuş sayı: 68