İran ABŞ ilə danışıqların başladığını təsdiqlədi
İran mediası ABŞ ilə danışıqların İslamabadda başladığını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, İran və ABŞ nümayəndə heyətləri arasında aparılan görüşlər Pakistanın vasitəçiliyi ilə keçirilir.
İran danışıqların başlanmasını İsrailin Livanın cənubuna hücumlarının məhdudlaşdırılması və İslam Respublikasına məxsus bəzi aktivlərin azad edilməsi ilə əlaqələndirib.
Eyni zamanda, Livanda atəşkəsin tam şəkildə əldə olunmadığı bildirilir. Bu səbəbdən İran nümayəndə heyətinin prosesləri Pakistan vasitəsilə izləməyə davam etdiyi qeyd olunub.
17:46 11.04.2026
Oxunuş sayı: 65