ABŞ Hörmüz boğazını təmizləməyə başlayıb
ABŞ sərbəst naviqasiyanı təmin etmək üçün Hörmüz boğazını təmizləməyə başlayır.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Biz indi Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox başqa ölkələr də daxil olmaqla, dünya ölkələrinə xidmət olaraq Hörmüz boğazını təmizləməyə başlayırıq. Onların bu işi özləri görmək üçün cəsarəti və ya iradəsi olmaması təəccüblüdür"-deyə o, qeyd edib.
18:23 11.04.2026
Oxunuş sayı: 56