Kişi evi ilə birlikdə yandı
İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evi yanıb.
Crossmedia.az xəbər verir ki, kənd sakini Akif Mədət oğlu Abşova məxsus evdə baş verən yanğının söndürülməsinə İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın lokallaşdırılıb. Hadisə zamanı ev sahibi də yanaraq ölüb. Onun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. (Apa)
16:03 11.04.2026
Oxunuş sayı: 59