Media: Xameneyi hücumdan sonra ağır xəsarət alıb
İranın ali dini lideri Müctəba Xameneyinin fevralın 28-də baş verən hücumdan sonra müalicəsinin davam etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "Reuters"in Xameneyiyə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, “Aslanın Nəriltisi” adlı əməliyyat çərçivəsində həyata keçirilən ilk hücum zamanı o sağ qalsa da, ciddi xəsarətlər alıb. Bildirilir ki, hücum nəticəsində onun üzü zədələnib, həmçinin ayaqlarından ən azı biri və ya hər ikisi ağır xəsarət görüb.
Mənbələrin sözlərinə görə, Xameneyi hazırda zehni baxımdan ayıqdır və yüksək vəzifəli şəxslərlə audio əlaqə vasitəsilə görüşlər keçirməyə davam edir.
ABŞ kəşfiyyatına yaxın mənbə onun ayağını itirməsi ehtimalının da istisna olunmadığını qeyd edib.
Eyni zamanda, yaxın aylarda Xameneyinin yeni görüntülərinin yayıla və onun ictimaiyyət qarşısına çıxa biləcəyi bildirilir.
17:23 11.04.2026
Oxunuş sayı: 59