Vaşinqtonun addımı Avropada təhlükəsizlik balansını dəyişə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin NATO-dan mümkün çıxışı ilə bağlı müzakirələrə münasibət bildirib və Avropa İttifaqının təhlükəsizlik sistemində rolunun artacağını qeyd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
UNIAN-ın məlumatına görə, Zelenski bildirib ki, Vaşinqtonun Alyansdan çıxması ehtimalı Avropanın müdafiə və təhlükəsizlik siyasətində yeni reallıqlar yarada bilər.
O, Avropa İttifaqının gələcəkdə daha müstəqil təhlükəsizlik aktoruna çevrilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə yeni rolun formalaşdığını qeyd edib.
Məsələ ilə bağlı əlavə detallara yer verilməyib.
15:33 11.04.2026
Oxunuş sayı: 64