7 yaşlı qızın FACİƏVİ ÖLÜMÜ
Tərtərdə 7 yaşlı qız kanala düşüb boğulub.
Crossmedia.az xəbər verir ki, hadisə aprelin 10-u saat 15 radələrində baş verib.
Belə ki, şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındaki kanala düşərək boğulub.
A.Mustafazadənin meyiti sudan çıxarılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
12:04 11.04.2026
Oxunuş sayı: 71