Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xaçmazda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Həsənqala kəndi ərazisində qeydə alınıb.
Belə ki, kərəkətdə olan "Vaz-2107" markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
09:08 11.04.2026
Oxunuş sayı: 59