Netanyahu İspaniya ilə bağlı kəskin fikirlər səsləndirib
İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinə qarşı tənqidlər fonunda sərt açıqlamalar verib və konkret addım atıldığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, İspaniya İsrail Müdafiə Qüvvələrinin fəaliyyətini tənqid edərək əsgərləri ləkələyib.
Netanyahu vurğulayıb ki, İsrail hücumlara cavabsız qalmayacaq və buna görə də Kiryat Qatdakı Mülki-Hərbi Koordinasiya Mərkəzindən İspaniya nümayəndələrinin çıxarılmasını əmr edib.
Baş nazir əlavə edib ki, İsrailə qarşı siyasi müharibə aparan ölkələr bunun nəticələri ilə üzləşəcək və belə dövlətlər regionun gələcəyi ilə bağlı proseslərdə tərəfdaş kimi qəbul olunmayacaq.
Qeyd edək ki, Kiryat Qatdakı Mülki-Hərbi Koordinasiya Mərkəzi 2025-ci ilin oktyabrında ABŞ rəhbərliyi ilə yaradılıb və Qəzza zolağında humanitar vəziyyətə və atəşkəs rejiminə nəzarəti təmin etmək məqsədi daşıyır.
19:00 10.04.2026
Oxunuş sayı: 52