İsrail Livana zərbələr endirməyə davam edir
İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə zərbələr endirməyə davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin "X" hesabında yazılıb.
"Hərbi Hava Qüvvələri quru qüvvələrinə kömək etməyə və qüvvələrimizin rəhbərliyi altında cənubi Livandakı hədəflərə zərbələr endirməyə davam edir. Ötən gün ərzində Hərbi Hava Qüvvələri qüvvələrə qarşı təhdidləri aradan qaldırmaq üçün cənubi Livanda 120-dən çox terror infrastrukturuna zərbə endirib", - paylaşımda bildirilib.
18:06 10.04.2026
Oxunuş sayı: 52