KİV: İsrail Fransanı Livan danışıqlarından kənarlaşdırır
İki mənbənin nəşrə verdiyi məlumata görə, İsrail Fransanın gələn həftə Vaşinqtonda başlaması gözlənilən Livanla birbaşa danışıqlarda iştirak etməsinə icazə verməkdən imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin "Jerusalem Post" nəşri yazıb.
Məlumata görə, İsrail rəsmisi bildirib ki, Fransanın bu ilki davranışı, o cümlədən İsrailin İrana qarşı mübarizə qabiliyyətini məhdudlaşdırmağa yönəlmiş təşəbbüslər və Livanda Hizbullahın tərksilah edilməsini asanlaşdırmaq üçün konkret addımlar atmaq istəməməsi İsrailin Fransanı qərəzli vasitəçi kimi görməsinə səbəb olub: " İsrailin qərarı, xüsusilə İsrail-Amerikanın İrana birgə hücumundan sonra son aylarda Fransanın hərəkətlərindən artan narazılıq fonunda verilib. Xüsusilə, Fransa İsrailə silah daşıyan Amerika təyyarələri üçün hava məkanı verməkdən imtina edib".
19:47 10.04.2026
Oxunuş sayı: 52