Rövşən Nəcəf "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Mentorluq Proqramı çərçivəsində V "Yüksəliş" müsabiqəsinin qalibləri Elnur Mirzəzadə və Fərid Mustafayev ilə ilk görüşünü keçirib.
Crossmedia.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Görüşdə qabaqcıl idarəetmə təcrübələri, liderlik bacarıqlarının inkişafı və innovativ yanaşmaları müzakirə etdik. Eyni zamanda qaliblərin birillik fərdi inkişaf planı, karyera hədəfləri və peşəkar istiqamətləri üzrə qarşılıqlı fikir mübadiləsi apardıq",- deyə o, qeyd edib.
18:01 10.04.2026
Oxunuş sayı: 47