İslamabad görüşü öncəsi kritik detallar ÜZƏ ÇIXIB
Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilən İran–ABŞ danışıqları ilə bağlı bir sıra detallar açıqlanıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, “Əl-Hədət TV” danışıqların aprelin 11-də baş tutacağını bildirib. Bildirilir ki, İran tərəfi real diplomatik proses əvəzinə ABŞ və İsrailin yenidən silahlanmasına gətirib çıxara biləcək atəşkəs variantına qarşı çıxır.
İddialara əsasən, İranın hazırladığı 10 maddəlik plan Yaxın Şərqdə gələcək sülh danışıqları üçün əsas rol oynaya bilər.
“The Wall Street Journal” nəşri isə yazır ki, İran nümayəndə heyətinə Məhəmməd Bağır Qalibaf və Abbas Əraqçi rəhbərlik edəcək. Eyni mənbəyə görə, ABŞ prezidenti Donald Tramp Pakistanın müraciətindən sonra Vitse-prezident Cey Di Vensə “sülh səylərinə rəhbərlik etməyi” tapşırıb.
İranın Ali Liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi isə TASS agentliyinə açıqlamasında bildirib ki, danışıqların iki-üç gün davam etməsi mümkündür.
O, həmçinin qeyd edib ki, ABŞ və İsraillə müharibə başa çatdıqdan sonra Hörmüz boğazının açılması gündəmdədir.
18:13 10.04.2026
Oxunuş sayı: 47