Amerikalı diplomat: Bunu ancaq Tramp edə bildi
Bir neçə ABŞ prezidenti İrana qarşı hərbi zərbə endirilməsi ideyasını dəstəkləməyib.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Con Kerri bildirib.
Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona İrana zərbə endirilməsi ilə bağlı planlar təqdim edib.
Lakin bu təşəbbüs müxtəlif dövrlərdə ABŞ rəhbərləri tərəfindən rədd olunub.
Kerri qeyd edib ki, Barak Obama, Coy Bayden və Corc Vaşinqton Buş belə bir addımı dəstəkləməyiblər.
Onun sözlərinə görə, bu ideya ilə razılaşan yeganə ABŞ prezidenti Donald Tramp olub.
20:51 10.04.2026
Oxunuş sayı: 54