Rusiya MSK rəhbəri Ermənistandakı seçkiləri müşahidə edəcək
Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ermənistandakı seçkiləri müşahidə edəcək.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ermənistan və Rusiya Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın İrəvana mümkün səfərinə hazırlıqları müzakirə edirlər.
Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Hovakimyanın sözlərinə görə, Pamfilova ilə son görüşündə Pamfilova onu Rusiya Federasiyasında sentyabr ayında keçiriləcək Dövlət Dumasına seçkiləri müşahidə etməyə dəvət edib.
O da öz növbəsində onu iyunun 7-də keçiriləcək Ermənistan seçki proseslərini müşahidə etmək üçün ölkəsinə dəvət edib.
19:22 10.04.2026
Oxunuş sayı: 46