Zelenski Donbasın Rusiya üçün niyə əhəmiyyətli olduğunu açıqlayıb
Ruslar başa düşürlər ki, qoşunların Donbasdan çıxarılması Ukrayna xalqını parçalaya bilər.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Rest Is Politics" podkastına verdiyi müsahibədə bildirib .
"Çoxları buna qarşı çıxacaq. Əgər Ukraynanın birliyi pozularsa, Putin (red: Kreml rəhbəri Vladimir Putin nəzərdə tutulur.)Ukraynanı çox tez bir zamanda işğal etmək üçün yeni bir "blitskriq" ortaya atacaq. Bu baş verməsə belə, o, sonrakı fasilədən daha çox insanı cəlb etmək, onlara təlim keçmək, hərbi-sənaye bazasını qurmaq və sanksiyaların ləğvinə nail olmaq üçün istifadə edəcək", - deyə Ukrayna lideri qeyd edib.
19:14 10.04.2026
Oxunuş sayı: 44