Zelenski: Zəmanət olmadan sülh mərhələsinə keçid mümkün deyil
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin etibarlı təhlükəsizlik zəmanətləri olmadığı şəraitdə sülh prosesinin növbəti mərhələsindən danışmaq mümkün deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezident vurğulayıb ki, Ukrayna Donbas regionunu itirə bilməz və bu ərazi Rusiyanın növbəti hücumları üçün “tramplin”ə çevrilməməlidir.
Zelenskinin sözlərinə görə, Ukrayna tərəfdaşlarının güclü təhlükəsizlik təminatlarına ümid edir, lakin hazırda belə zəmanətlərin faktiki olaraq mövcud olmadığını qeyd edib.
18:43 09.04.2026
Oxunuş sayı: 42