Avropada ABŞ-yə etimad azalır: Sorğu nəticələri açıqlandı
Avropada bir çox respondent ABŞ-ni və xüsusilə ABŞ Donald Trampı Çindən daha böyük təhlükə kimi qiymətləndirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sorğu Polşa, İspaniya, Belçika, Fransa, Almaniya və İtaliya daxil olmaqla altı böyük Aİ ölkəsində keçirilib. Nəticələrə görə, respondentlərin yalnız 12%-i ABŞ-ni yaxın müttəfiq hesab edir, 36%-i isə onu təhlükə kimi görür.
Araşdırmada İspaniya ən mənfi mövqeyi ilə seçilib – respondentlərin 51%-i ABŞ-ı təhlükə kimi dəyərləndirib. Polşada isə münasibət nisbətən fərqlidir: 24% ABŞ-ı yaxın müttəfiq, 34% isə tərəfdaş kimi qiymətləndirib.
Sorğuya görə, Çin avropalıların 29%-i tərəfindən təhlükə hesab olunur. Yalnız Fransa və Polşada respondentlər Çin təhlükəsini daha ciddi qiymətləndiriblər.
Eyni zamanda, iştirakçıların 70%-i Rusiyanı əsas təhlükə kimi gördüyünü bildirib.
17:45 09.04.2026
Oxunuş sayı: 50