Tramp: NYT və CNN İranla bağlı saxta plan yayıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, The New York Times və CNN İranla bağlı atəşkəs danışıqları haqqında qeyri-dəqiq məlumat yayıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, adıçəkilən media qurumları sülh prosesində iştirak edən şəxsləri nüfuzdan salmaq məqsədilə uydurma on maddəlik plan dərc ediblər.
“Bütün on maddə saxtakarlıq və yalan idi”, – deyə Tramp paylaşımında qeyd edib və bu məlumatları “tamamilə uydurma” adlandırıb.
ABŞ Prezidenti həmçinin bu xəbərləri yayan media qurumlarını sərt şəkildə tənqid edib.
17:30 09.04.2026
Oxunuş sayı: 56