İranda hücum planlaşdıran qruplar zərərsizləşdirilib
İranın Kəşfiyyat Nazirliyi ölkənin müxtəlif vilayətlərində əməliyyatlar həyata keçirildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Mazandaran vilayətində 8 nəfərlik, Gilan vilayətində isə 4 nəfərlik qrup saxlanılıb. Bildirilir ki, həmin şəxslər hüquq-mühafizə orqanlarına və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar planlaşdırıblar.
Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, Sistan və Bəlucistan vilayətlərində silahlı qruplara verilməsi nəzərdə tutulan ABŞ istehsalı 137 ədəd silahın saxlanıldığı bir neçə anbar aşkar edilərək müsadirə edilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
16:52 09.04.2026
Oxunuş sayı: 44