Atəşkəsin ilk günündə Hörmüz boğazından keçən gəmilərin sayı AÇIQLANDI
Aprelin 8-i “Kepler” kommersiya məlumat analitik platformasının gəmi izləmə sistemlərinə görə, avtomatik identifikasiya sistemləri (AIS) aktiv olan dörd gəmi İran və ABŞ arasında atəşkəsin ilk günü Hörmüz boğazından keçib.
Crossmedia.az xəbər verir ki, bu məlumatı "Associated Press" agentliyi yayıb.
Qeyd olunur ki, bu rəqəmə izləmə sistemlərini söndürən və kölgə donanması adlanan gəmilər daxil deyil. Analitiklər bildirirlər ki, bu gizli gəmilərin çoxu sanksiyaya məruz qalmış İran xam neftini açıq bazarlara daşıyır.
Bu göstərici, regionda ticarət və enerji nəqliyyatının atəşkəs fonunda da hələ tam bərpa olunmadığını göstərir.
16:20 09.04.2026
Oxunuş sayı: 53