Türkiyə XİN-dən Yunanıstana çağırış
Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanda yaşayan türk icmasının hüquqlarının qorunmaması ilə bağlı rəsmi etirazını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, Lozanna müqaviləsi çərçivəsində türk icmasına verilən dini məsələlərdə öz nümayəndələrini seçmək hüququna Yunanıstan tərəfindən müdaxilə edilir. Xüsusilə, icma tərəfindən seçilən imamın rəsmi olaraq tanınmaması narahatlıqla qarşılanıb.
Türkiyə XİN Yunanıstanı beynəlxalq öhdəliklərə və azlıqların hüquqlarına riayət etməyə çağırıb. Açıqlamada həmçinin bildirilib ki, Ankara bu məsələ ilə bağlı prosesləri yaxından izləməyə davam edəcək.
10:18 09.04.2026
Oxunuş sayı: 77