İspaniya Yaxın Şərqdə atəşkəs razılaşmasına etiraz edib
İspaniyanın Baş naziri Pedro Sançez Yaxın Şərqdə əldə olunan atəşkəs razılaşmasına etiraz edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Livan da bu razılaşmaya daxil edilməlidir. Sançez İsrailin həyata keçirdiyi hücumların beynəlxalq hüququ pozduğunu vurğulayıb və beynəlxalq ictimaiyyəti bu addımları qınamağa çağırıb.
Baş nazir qeyd edib ki, İsrailin hökumət başçısı Benyamin Netanyahu hücumlar başlayandan bəri Livana qarşı ən sərt əməliyyatları həyata keçirib.
“Onun həyata və beynəlxalq hüquqa qarşı hörmətsizliyi dözülməzdir. Açıq danışmağın vaxtıdır”, – deyə Sançez bildirib.
Pedro Sançez həmçinin Avropa Birliyinə müraciət edərək İsraillə Assosiasiya Sazişinin dayandırılmasını təklif edib.
09:47 09.04.2026
Oxunuş sayı: 57