Norveç Ukrayna ilə bağlı vədini yerinə yetirməyib
Norveçin Ukraynaya təhvil verməyi vəd etdiyi altı "F-16" qırıcı təyyarəsi hələ də təhvil verilməyib.
Crossmedia.az xəbər verir ki, "NRK"-nın adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, bu təyyarələrin hamısı Belçikadakı təmir sexindədir.
Nəşrin mənbələrinə görə, döyüş təyyarələrindən ikisi Danimarkada ukraynalı pilotların təlimi üçün istifadə edildikdən sonra bir ildən çoxdur ki, Belçikada təmir olunur.
Daha dörd təyyarə bərbad vəziyyətdə idi və uça bilmirdi. Ehtiyat hissələri üçün sökülərək Belçikadakı Sabenanın təmir sexinə göndərilib.
Mənbələr bildirib ki, hazırda Sabenanın təmir sexində olan dörd təyyarədə təxminən 100 hissə yoxdur. Buna görə də, onların yenidən yığılmasının xeyli vaxt aparacağını deyirlər.
Nəşr, həmçinin əlavə edib ki, Norveç hökuməti əvvəllər Norveç "F-16"-larının artıq Ukraynaya təhvil verildiyi təəssüratını yaradan açıqlamalar verib.
Məsələn, Baş Qərargah rəisi Eirik Kristoffersen ölkənin Ukraynaya bağışladığı F-16-ların indi Ukraynanın hava müdafiəsinin vacib bir hissəsi olduğunu bildirib.
Ukraynaya qırıcı təyyarələrin çatdırılmasında gecikmələr ABŞ-ın səhvi idi.
Daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin təqaüdçü general-leytenantı Devid Deptula bildirib ki, ABŞ-nin Rusiya ilə uzun sürən münaqişənin ilk mərhələlərində Ukraynaya qırıcı təyyarələr verməmək siyasəti böyük bir səhvdir.
O, iddia edib ki, Ukraynaya effektiv zərbələr endirməyə imkan verən bir şey verilməli idi.
O, Amerika qırıcı təyyarələrinin Rusiya manevrlərini pozmaq üçün tez və dərin zərbə endirmək qabiliyyəti təmin etdiyini bildirib.
Vurğulayıb ki, bunu müharibənin ilk ilində edə və ona son qoya bilərdilər.
22:45 08.04.2026
Oxunuş sayı: 51