Erməni müxalifətçi Qarabağ müharibəsindəki məğlubiyyətə görə keçmiş XİN başçısını günahlandırıb
Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyanı sərt tənqid edib.
Crossmedia.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
O, Mnatsakanyanın məqalələrini oxumaqdansa, onun İkinci Qarabağ müharibəsi dövründə oynadığı rolu xatırlamağa çağırıb və onu müharibənin üç əsas günahkarından biri adlandırıb.
Aşotyan bildirib ki, Mnatsakanyan 2018-ci ildən etibarən hakimiyyət komandasının üzvü kimi çıxış edib və onun siyasətini dəstəkləyib.
O, həmçinin keçmiş naziri danışıqlar mövqelərinin zəiflədilməsi, Keçmiş Dağlıq Qarabağ (red: Azərabycan bu məsələni 2020-ci ildə həll elədi.) məsələsində yanaşmanın dəyişdirilməsi və diplomatik proseslərin düzgün aparılmamasında ittiham edib.
ERP rəsmisi iddia edib ki, Mnatsakanyan Ermənistanın məğlubiyyəti, itkiləri və siyasi nəticələrində əsas məsuliyyət daşıyan şəxslərdən biridir.
22:22 08.04.2026
Oxunuş sayı: 53