Köçəryan: Rusiya Ermənistandan rasional siyasət istəyir
Rusiya Ermənistandan rasional, düşmənçiliksiz siyasət istəyir.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanın maraqlarına qarşılıqlı hörmət, proqnozlaşdırıla bilən münasibətlər istəyir və qarşılıqlı şəkildə buna hazırdır.
Keçmiş prezident vurğulayıb ki, onun hakimiyyəti dövründə Ermənistana heç vaxt təzyiq göstərmək cəhdi olmayıb.
"Və biz bu münasibətlərdən faydalandıq. Orta hesabla 10 il ərzində qazı 60 dollara aldıq ki, bu da digər ölkələrdən dəfələrlə ucuzdur. Əminəm ki, bütün məsələlərdə ortaq məxrəc tapa bilərik. Rusiya ilə maraqlarımız əsasən üst-üstə düşür və iqtisadiyyatlarımız bir-birini tamamlayır", - deyə Köçəryan qeyd edib.
22:17 08.04.2026
Oxunuş sayı: 62