ABŞ strateji məğlubiyyətə uğradı?
ABŞ-nin rəhbərlik etdiyi və Tehrana qarşı həyata keçirilən “Epik Qəzəb” əməliyyatı başladıqdan təxminən bir ay yarım sonra zərbələr demək olar ki, tam dayanma nöqtəsinə gəlib.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
Cəmi bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatlar səsləndirmiş, ölkəni məhv etməklə hədələmişdi.
Lakin aprelin 8-i gecəsi o, iki həftəlik atəşkəs elan edib və İranla 10 maddəlik razılaşma əsasında danışıqların başladığını açıqlayıb.
Ekspertlər bu addımı fərqli qiymətləndirirlər.
Alman hərbi analitiki Karlo Masala hesab edir ki, atəşkəs ABŞ üçün strateji məğlubiyyət təsiri bağışlayır.
Tokio Xarici Araşdırmalar Universitetinin professoru professoru Hideaki Şinoda isə bildirib ki, bu proses Tehranın regiondakı təsirinin artmasına səbəb ola bilər.
Rusiyalı politoloq Konstantin Kalaçevin fikrincə, Pakistanın irəli sürdüyü atəşkəs təşəbbüsü daha çox Ağ Evin imicinin qorunmasına xidmət edib.
00:35 09.04.2026
Oxunuş sayı: 53