İran ABŞ-siz regional təhlükəsizlik planını AÇIQLADI
İranın hərbi və strateji məsələlər üzrə müşaviri Yahya Rəhim Səfəvi bildirib ki, ölkənin nüvə silahına ehtiyacı yoxdur və nüvə silahı olmadan da mübarizənin effektivliyini bütün dünyaya göstərmək mümkün olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O vurğulayıb ki, Hörmüz boğazı İranın suverenliyinə daxildir və bu reallıq hər kəs tərəfindən qəbul edilməlidir.
Səfəvi əlavə edib ki, İran dinc nüvə proqramı və ballistik raket istehsalından heç vaxt imtina etməyəcək və ölkənin bütün milli aktivləri xalqa və dövlətə məxsus olaraq qalacaq.
O, həmçinin ABŞ-nin regiondakı bazalarının təhlükəsizlik üçün əhəmiyyəti olmadığını qeyd edib və bildirib ki, bölgə dövlətlərinin təhlükəsizliyinin qarantoru yalnız İran ola bilər. Səfəvi yeni regional təhlükəsizlik arxitekturasının ABŞ-siz qurulmasının vacibliyini vurğulayıb.
17:55 08.04.2026
Oxunuş sayı: 45