ABŞ İranla əməkdaşlığa hazırlaşır
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp "Truth Social" hesabında paylaşım edərək bildirib ki, Vaşinqton İranın atəşkəs üçün irəli sürdüyü şərtlər çərçivəsində Tehranla sıx əməkdaşlığa hazırlaşır.
ABŞ Prezidenti qeyd edib ki, İran daxilində “müsbət mənada rejim dəyişikliyi”nin baş verdiyi qənaətinə gəlinib:
“ABŞ İranla sıx əməkdaşlıq edəcək. Biz İranın müsbət istiqamətdə dəyişdiyini görürük”.
Tramp vurğulayıb ki, razılaşma çərçivəsində:
Uranın zənginləşdirilməsi dayandırılacaq,
ABŞ və İran birlikdə nüvə fəaliyyətlərinin nəticələrini aradan qaldırmaq üçün işləyəcək,
Tariflər və sanksiyaların yüngülləşdirilməsi müzakirə olunur.
Onun sözlərinə görə, təqdim olunan şərtlərin böyük hissəsi artıq razılaşdırılıb və tərəflər arasında danışıqlar davam edir.
17:43 08.04.2026
Oxunuş sayı: 52