ABŞ rəsmisi: Xarq adasına zərbə İrana mesaj olub
ABŞ-nin müdafiə naziri Pit Heqset İranla atəşkəs və Xarq adasına endirilən zərbələrlə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, hücumlar konkret hərbi hədəflərə yönəlib və bu addım Tehran üçün açıq siqnal xarakteri daşıyıb.
Onun sözlərinə görə, Xarq adasında müəyyən hərbi hədəflər vurulub və İran bu hücumların qarşısını ala bilməyib:
“Bu, bir mesaj idi. Onlar müdafiə edə bilmədilər və nəticədə öz mövqelərini anladılar”.
Donald Trumpın mövqeyinə toxunan nazir qeyd edib ki, Vaşinqton Tehrana açıq xəbərdarlıq edib: ABŞ istədiyi halda İranın enerji ixrac imkanlarını sıradan çıxara bilər və bu hədəfləri cəzasız vurmaq gücünə malikdir.
Hegset vurğulayıb ki, məhz bu təzyiq nəticəsində İran tərəfi razılaşmaya gedərək atəşkəsi qəbul edib.
17:35 08.04.2026
Oxunuş sayı: 48