Qətər XİN: İran təzminat ödəməlidir
Qətər Xarici İşlər Nazirliyindən bildirib ki, İranın hücumları mülk xarakter daşıyıb və buna görə təzminat ödənilməlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlik açıqlayıb ki, İran Qətərin iqtisadiyyatının əsasını təşkil edən enerji komplekslərinə, o cümlədən Ras Laffan və yaşayış məntəqələrinə edilən hücumların yaratdığı bütün zərərləri tam şəkildə kompensasiya etməlidir.
Hazırda Qətərdə müvafiq dövlət komissiyası dəymiş ziyanın həcmini müəyyən edir və bu rəqəmlər beynəlxalq arbitraj məhkəmələrinə təqdim olunacaq. Qətər XİN vurğulayıb ki, zərərin tam ödənilməsi İranın beynəlxalq öhdəliklərinə daxildir.
15:45 08.04.2026
Oxunuş sayı: 68