ABŞ: İraqda qaçırılan amerikalı jurnalist azad edilib
ABŞ-nin dövlət katibi Marko Rubio İraqda qaçırılan amerikalı jurnalist Şelli Kitlsonun azadlığa buraxıldığını təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rubio bildirib ki, jurnalist bir həftə əvvəl İranın dəstəklədiyi “Kətaib Hizbullahı” silahlı qruplaşması tərəfindən qaçırılmışdı.
Dövlət katibi “X” hesabında paylaşım edərək jurnalistin azad olunmasına göstərilən dəstəyə görə FTB, ABŞ Müdafiə Nazirliyi, digər federal agentliklər, İraq Ali Məhkəmə Şurası və iraqlı tərəfdaşlara təşəkkür edib.
Rubio vurğulayıb ki, bu hadisə ABŞ administrasiyasının öz vətəndaşlarının təhlükəsizliyini harada olmalarından asılı olmayaraq təmin etmək öhdəliyini bir daha nümayiş etdirir.
Hazırda Şelli Kitlsonun İraqdan təhlükəsiz şəkildə çıxarılması üçün tədbirlər davam etdirilir.
15:15 08.04.2026
Oxunuş sayı: 51