Türkiyədə güclü zəlzələ olub
Türkiyənin Çorum vilayətində 4 bal gücündə zəlzələ olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxta 10:20-də baş vermiş zəlzələnin episentri Çorumun Balat rayonu olub, yeraltı ocağı isə 11,01 km dərinlikdə qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.(Trend)
12:27 08.04.2026
Oxunuş sayı: 61