Oven Cons: Bu, ABŞ-nin ən böyük strateji məğlubiyyətidir
Məşhur britaniyalı jurnalist və siyasi fəal Oven Cons ABŞ-nin İranla bağlı son proseslər fonunda ciddi strateji məğlubiyyətlə üzləşdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp tərəfindən “danışıqlar üçün praktik əsas” kimi qəbul edilən İranın 10 maddəlik planı Vaşinqtonun mövqeyini zəiflədib.
Jurnalist qeyd edib ki, bu hadisə ABŞ-nin supergüc kimi formalaşmasından bu yana ən böyük strateji məğlubiyyət kimi qiymətləndirilə bilər.
O əlavə edib ki, baş verənlər beynəlxalq münasibətlərdə qüvvələr balansına ciddi təsir göstərə bilər.
09:43 08.04.2026
Oxunuş sayı: 43