İsrail: Livan atəşkəs razılaşmasına daxil edilməyib
Livan ABŞ, İsrail və İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasına daxil edilməyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin açıqlamasında bildirilib.
Bəyanatda qeyd olunur ki, İsrail ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumların iki həftəlik dayandırılması qərarını dəstəkləyir, lakin müəyyən şərtlərlə.
Açıqlamada deyilir: “İsrail Prezident Trampın qərarını dəstəkləyir, bir şərtlə ki, İran dərhal boğazları açsın və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırsın”.
Həmçinin vurğulanır ki, əldə olunan razılaşma Livana şamil edilmir.
Beləliklə, İrana qarşı əməliyyatlarda elan edilən fasiləyə baxmayaraq, atəşkəsin əhatə dairəsi məhdud olaraq qalır və Livan da daxil olmaqla bəzi bölgələrdə gərginliyin davam edəcəyi istisna olunmur.
09:32 08.04.2026
Oxunuş sayı: 43