İran və Oman Hörmüz boğazından keçən gəmilərdən rüsum almağı planlaşdırır
İran və Oman iki həftəlik atəşkəs müddətində Hörmüz boğazından keçən gəmilərdən rüsum almağı planlaşdırır.
Crossmedia.az bu barədə “Associated Press”ə istinadən xəbər verir ki, toplanacaq vəsaitin yenidənqurma işlərinə yönəldilməsi nəzərdə tutulur.
Hazırda boğazdan keçən gəmiçilik həcmi hərbi əməliyyatlardan əvvəlki səviyyənin cəmi 5%-ni təşkil edir.
Məlumata əsasən, İran hər bir gəmi üçün 2 milyon dollara qədər rüsum tətbiq edir. Lakin gəmi sahiblərinin bu ödənişləri edib-etmədiyi hələlik məlum deyil.
09:27 08.04.2026
Oxunuş sayı: 53