Şahbaz Şərif: İslamabad danışıqları davamlı sülhə yol aça bilər
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, rəsmi açıqlamasında bu addımı “müdrik qərar” kimi qiymətləndirərək hər iki ölkənin rəhbərliyinə təşəkkürünü bildirib. Baş nazir tərəflərin nümayəndə heyətlərini 10 aprel tarixində İslamabad şəhərinə dəvət etdiyini açıqlayıb.
Şərif qeyd edib ki, görüşün məqsədi mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və yekun sülh razılaşmasına nail olmaqdır.
Onun sözlərinə görə, “İslamabad danışıqları” davamlı sülhün təmin olunmasına töhfə verə bilər və yaxın günlərdə daha müsbət nəticələrin əldə olunacağı gözlənilir.
09:17 08.04.2026
Oxunuş sayı: 44