İranla müharibə ABŞ-ə milyonlarla dollara başa gəlir
İranla müharibə ABŞ-ə gündə 500 milyon dollara başa gəlir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Analitiklər əməliyyat zamanı ümumi xərclərin artıq 22-31 milyard dollara çatdığını təxmin edirlər.
Bu məbləğin 2,1-3,6 milyard dolları məhv edilmiş və zədələnmiş avadanlıqlara, o cümlədən təyyarələrə, radarlar və hava hücumundan müdafiə sistemlərinə aiddir ki, bunların bəzilərinin təmiri olduqca çətin və vaxt aparandır.
Nəşr qeyd edir ki, İranın infrastruktura, xüsusən də radar sistemlərinə zərbələri təkcə xərcləri artırmaqla yanaşı, həm də Çinlə potensial münaqişə də daxil olmaqla, digər bölgələrdə ABŞ-nin imkanlarını zəiflədir.
22:15 07.04.2026
Oxunuş sayı: 54