FHN intensiv yağan yağışlarla əlaqədar zəruri işlər görüb
FHN intensiv yağan yağışlarla əlaqədar zəruri işlər görüb.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri gün ərzində fasiləsiz olaraq davam etdirilib.
Hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı, Binəqədi, Qaradağ və Səbail rayonlarında, Abşeron, Siyəzən, Şabran, Xaçmaz rayonları və Bakı-Sumqayıt yolunda müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.
20:44 07.04.2026
Oxunuş sayı: 39