Tramp Orbana olan sevgisini etiraf etdi
ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orban haqqında müsbət fikirlər səsləndirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tramp bildirib ki, Macarıstanı və onun liderini sevir: “Viktor gözəl insandır, bizim çox yaxşı münasibətlərimiz var və o, fantastik iş görür”.
O, həmçinin Orbanın ölkəsinin sərhədlərini qoruma siyasətini də yüksək qiymətləndirərək qeyd edib ki, Macarıstan digər ölkələr kimi basqın və işğala imkan verməyib.
20:19 07.04.2026
Oxunuş sayı: 45