Yaxın Şərqdəki müharibə ilə Rusiya "cekbotu qazandı"
Rusiya neftinin qiyməti İranla müharibə fonunda 13 ilin ən yüksək səviyyəsinə yüksəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Urals" markalı xam neftin qiyməti barel üçün 116 dollara çatıb ki, bu da Rusiya Federasiyasında büdcədə nəzərdə tutulan səviyyədən (59 dollar) demək olar ki, iki dəfə çoxdur.
Bu artım Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazı vasitəsilə tədarükün məhdudlaşdırılması səbəbindən qlobal qiymət artımı ilə əlaqədardır.
Rusiyanın gəlir artımı qismən Ukraynanın neft infrastrukturuna və limanlarına hücumları ilə məhdudlaşır ki, bu da ixracı pozur.
19:31 07.04.2026
Oxunuş sayı: 52