Orban Avropanı Ukraynada sülhə mane olmaqda günahlandırıb
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını (Aİ) Ukraynada sülh prosesinə mane olmaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, əgər Aİ ölkələri ABŞ prezidenti Donald Trampın təşəbbüslərinə mane olmasaydılar, Ukraynada sülh artıq bərpa oluna bilərdi.
Orban bu açıqlaması ilə faktiki olaraq Trampın mövqeyinə dəstək verib və Avropanın siyasətini tənqid edib.
19:21 07.04.2026
Oxunuş sayı: 49