ŞOK İDDİA: ABŞ İrana silahları etirazlardan əvvəl göndərib
ABŞ Prezidenti Donald Trampın yanvar ayında İranda baş verən etirazlar zamanı İran xalqına silah göndərilməsi ilə bağlı açıqlaması yeni müzakirələrə səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tanınmış iranlı siyasi təhlilçi Trita Parsi bildirib ki, silahlar İslam Respublikasının etirazçılara qarşı kütləvi repressiyalarından sonra deyil, 8-9 yanvar hadisələrindən əvvəl göndərilmiş ola bilər.
Parsi qeyd edib ki, Trampın sözlərinə görə silahlar etirazçılara qarşı qətliamlar başlandıqdan sonra çatdırılıb. Lakin həmin dövrdə internetin tamamilə bağlanması və ABŞ-nin baş verənlər barədə məhdud məlumata malik olması bu versiyanı şübhəli edir.
Analitik vurğulayıb:
"Şübhələnirəm ki, o, səhv deyib: Silahlar 8-9 yanvar repressiyalarından əvvəl kürd qrupları vasitəsilə göndərilib. Hər iki halda da, Trampın bu etirafı bu qaranlıq günlərin tarixini yenidən yazır."
17:07 07.04.2026
Oxunuş sayı: 49