Tramp 45 günlük atəşkəs təklifini RƏDD ETDİ
ABŞ Prezidenti Donald Tramp İranla münaqişəyə son qoymaq üçün hazırlanan 45 günlük atəşkəs planını qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Sənədlə tanış mənbənin bildirdiyinə görə, plan Hörmüz boğazının yenidən açılmasını və İran elektrik stansiyaları ilə digər infrastruktur obyektlərinə kütləvi hücumların qarşısını almağı nəzərdə tuturdu. Plan bazar günü axşam həm ABŞ-yə, həm də İrana təqdim olunub və Trampın boğaz bağlı qalacağı təqdirdə son cəhd kimi qiymətləndirilirdi.
Ağ Ev sözçüsü bildirib ki, prezident hələ təklifi təsdiqləməyib və ABŞ-nin İrandakı hərbi əməliyyatları sürətlə davam edir. Sözçü əlavə edib:
"Bu, bir çox ideyalardan yalnız biridir".
16:57 07.04.2026
Oxunuş sayı: 46