Ermənistanda seçkiqabağı sorğular: Paşinyan liderlik edir
Ermənistanın Baş naziri Nikol Paşinyan başçılıq etdiyi Mülki Müqavilə partiyası seçicilərin 24,3%-inin dəstəyini qazanıb, sorğuda iştirak edənlərin əksəriyyəti partiyanın reytinqində artım olduğunu bildiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası 13,4% dəstək ilə ikinci yerdə, Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 7,9%, Robert Köçəryanın “Ermənistan” bloku isə 5,5% səs ilə üçüncü sıradadır.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
16:40 07.04.2026
Oxunuş sayı: 46