Xameneyinin müalicə aldığı yer AÇIQLANIB
İranın yeni ali lideri Müctəba Xameneyi Qum şəhərində müalicə alır.
Crossmedia.az bu barədə “The Times” qəzetinə istinadən xəbər verir ki, bu onun ölkəni idarə etmək iqtidarında olmadığını göstərir.
ABŞ və İsrail kəşfiyyatına əsaslandığı iddia edilən diplomatik notada, Müctəba Xameneyinin huşsuz olduğu və qərarların qəbul edilməsində iştirak edə bilmədiyi bildirilib.
Qəzet qeyd edib ki, bu, Xameneyinin yerinin ilk dəfə açıqlanmasıdır və onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumatlar hələ rəsmi təsdiqini tapmayıb və vəziyyət barədə əlavə detalların gəlməsi gözlənilir.
16:32 07.04.2026
Oxunuş sayı: 44