Tehranda bazara düşən “Tomahawk” raketi partlamadı
Bu səhər Tehran şəhərinin mərkəzi ərazilərində kruz raketlərinin uçuşunu əks etdirən görüntülər yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, raketlərdən biri Mülavi bölgəsində yerləşən Seyid İsmayıl bazarı yaxınlığına düşüb. Raket sıx məskunlaşmış əraziyə düşsə də, onun partlayıcı başlığı işə düşməyib. Hadisə nəticəsində yalnız fiziki toqquşma baş verib və iki mağazaya ziyan dəyib.
Hadisədən sonra əraziyə xüsusi təyinatlı bomba zərərsizləşdirmə qrupları cəlb olunub. Onlar raketin partlayıcı hissəsinin neytrallaşdırılması və ərazinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görüblər.
İlkin məlumatlara görə, insident zamanı ciddi itki qeydə alınmayıb.
15:55 07.04.2026
Oxunuş sayı: 46