Bəhreyndə İranla əlaqəli casus şəbəkəsi ifşa olundu
Bəhreynin Dövlət Prokurorluğu ölkədə İran kəşfiyyat orqanları ilə əlaqəli olduğu iddia edilən casus şəbəkəsinin üzvlərinin saxlanıldığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi məlumata görə, həbs edilən şəxslər SEPAH və İranın xüsusi xidmət orqanlarının xeyrinə fəaliyyət göstərməkdə şübhəli bilinirlər. Onların “ölkəyə düşmən olan terror qruplarına və qurumlara sadiq şəxslər” kimi müəyyən edildiyi bildirilib.
İstintaq materiallarına əsasən, şübhəlilərə Bəhreyn ərazisində yerləşən həssas obyektləri izləmək, məlumat toplamaq və bu informasiyanı mümkün hücumlar üçün ötürmək tapşırıqları verilib.
Hazırda saxlanılan şəxslərin digər potensial şəbəkə üzvlərini üzə çıxarmaq məqsədilə dindirildiyi və istintaqın davam etdiyi qeyd olunur.
17:43 06.04.2026
Oxunuş sayı: 49