Aİ Trampa xəbərdarlıq edib
Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampı İran elektrik stansiyalarına zərbə endirməmək barədə xəbərdar edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Aİ bu cür bombardmanları qanunsuz hesab edir və Avropa Şurasının prezidenti Antonio Kosta münaqişənin diplomatik yolla həllinə çağırıb:
"Mülki infrastruktur, xüsusən də enerji obyektlərinə edilən hər hansı bir zərbə qanunsuz və qəbuledilməzdir."
Kosta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə birlikdə son günlərdə İran prezidenti Məsud Pezeşkian, eləcə də İsrail, BƏƏ və Pakistan liderləri ilə danışıqlar apararaq tərəfləri gərginliyi azaltmağa və mülki şəxsləri qorumağa çağırıb.
Daha əvvəl Tramp Hörmüz boğazının bağlanmasına davam edəcəyi təqdirdə İranın enerji sektorunu və infrastrukturunu məhv etməklə hədələyib.
Səriyyə
18:36 06.04.2026
Oxunuş sayı: 51