Avropa Şurası: Mülki infrastruktur hücumları qanunsuz və qəbuledilməzdir
Avropa İttifaqı Donald Tramp administrasiyasının Hörmüz boğazı ilə bağlı gərginliyin artacağı təqdirdə İrandakı mülki infrastruktura mümkün hücumlarını nəzərdən keçirəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, xüsusilə elektrik stansiyaları və körpülər kimi mülki obyektlərə zərbələr beynəlxalq hüquqa zidd hesab olunur.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə açıqlamasında münaqişənin yalnız diplomatik yollarla həll edilə biləcəyini vurğulayıb. O qeyd edib ki, enerji obyektləri də daxil olmaqla mülki infrastruktura hücumlar “qanunsuz və qəbuledilməzdir”.
Koşta əlavə edib ki, bu prinsip yalnız Yaxın Şərqə deyil, həm də Rusiya-Ukrayna müharibəsi üçün keçərlidir. Onun sözlərinə görə, İran daxilində baş verən proseslərin əsas qurbanları mülki əhali olur və hərbi eskalasiyanın genişlənməsi bu riski daha da artırır.
Aİ rəsmisi beş həftədir davam edən gərginliyin fonunda bildirib ki, problemin köklü həlli yalnız diplomatik yanaşma ilə mümkündür.
18:00 06.04.2026
Oxunuş sayı: 50